Vilnüsün mərkəzində idman hamı üçün əlçatandır – İDMAN.BİZ LİTVADAN + VİDEO

26 Sentyabr 2026 09:32
92
Vilnüsün mərkəzində idman hamı üçün əlçatandır – İDMAN.BİZ LİTVADAN + VİDEO

Vilnüsün mərkəzində idmanla məşğul olmaq istəyənlər üçün açıq və ödənişsiz meydançalar fəaliyyət göstərir.

İdman.Biz xəbər verir ki, şəhərin mərkəzi hissəsində yaradılmış idman məkanlarından hər kəs sərbəst şəkildə istifadə edə bilər. Burada müxtəlif idman növləri ilə məşğul olmaq üçün açıq meydançalar təşkil olunub.

Videodan da göründüyü kimi, meydançalar şəhər mühitinə inteqrasiya edilib və idmanla məşğul olmaq üçün ayrıca ödəniş tələb olunmur.

Belə açıq idman zonaları sakinlərə xüsusi idman klubuna getmədən fiziki aktivliklə məşğul olmaq imkanı yaradır və kütləvi idmanın əlçatanlığını artırır.

@idman.biz Şəhərin düz mərkəzində idman meydançası – İDMAN.BİZ VİLNÜSDAN #futbol⚽️ ♬ оригинальный звук - Idman və Biz
İdman.Biz
Məqalədə: