Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
12 Fevral 2024 16:56
150
Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 12-18-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş "Azərbaycan dağçısı" modulu - 22 yanvar – 22 mart (Bakı);
100 xanalı dama üzrə kişilər və qadınlar arasında ölkə çempionatı - 1-13 fevral (Bakı);
Şahmat üzrə qadınlar arasında ölkə çempionatı - 10–20 fevral (Bakı);
Bilyard idmanının "Qarışıq Piramida" növü üzrə ölkə çempionatı - 10-12 fevral (Bakı);
Sambo üzrə kişilər, gənclər, yeniyetmələr, kadetlər arasında ölkə çempionatı və birinciliyi - 15-19 fevral (Bakı);
Batut gimnastikası və tamblinq üzrə açıq ölkə çempionatı və açıq Bakı birinciliyi - 15-16 fevral (Bakı);
Cüdo üzrə Böyük Dəbilqə turniri - 16-18 fevral (Bakı);
Atletika üzrə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi - 16-17 fevral (Bakı);
Dövlət qurumları arasında bilyard turniri - 17-18 fevral (Bakı).

İdman.biz

Məqalədə: