Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüsdə - FOTO

Xəbərlər
18 Yanvar 2024 17:38
140
Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüsdə - FOTO

Litva Milli İdman Agentliyinin dəvətinə əsasən, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib.

İdman.biz xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “NBA Basketball School” basketbol məktəbinə və Litva Böyük Hersoqlarının Sarayına ekskursiya ediblər.

Ardınca Litva Körlinq Federasiyasının baş katibi ilə görüş keçirilib və qeyd edilən idman növünün ölkəmizdə inkişafı barədə danışıqlar aparılıb.

Səfər müddətində Vilnüs şəhərində yerləşən tennis, badminton və squaç idman növləri üçün nəzərdə tutulan “SEB” Arenaya ziyarət təşkil olunub.

Daha sonra İdman Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə idmanın inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

İdman.biz