Muaytay millimiz dünya çempionatını dörd medalla başa vurdu - FOTO

11 Sentyabr 2026 16:00
103
Muaytay millimiz dünya çempionatını dörd medalla başa vurdu - FOTO

Kosovonun Peja şəhərində keçirilən muaytay üzrə dünya çempionatı Azərbaycan millisi üçün uğurlu başa çatıb.

İdman.Biz xəbər verir ki, yarışda yüksək əzmkar döyüş nümayiş etdirən təmsilçilərimiz vətənə dörd medalla qayıdıblar.

Döyüşçülərimizdən Rəvan Ağazadə (67 kq) bütün rəqiblərinə üstün gələrək dünya çempionu adını qazanıb və fəxri kürsünün en uca pilləsinə qalxıb.

Digər idmançılarımızdan Nurlan Məmmədov (57 kq) və Məhəbbət Hümbətov (71 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medalla kifayətləniblər. Rəhim Əsgərli (63,5 kq) isə çempionatı bürünc mükafatla başa vurub.

İdman.Biz