Sentyabrın 12-də Səudiyyə Ərəbistanının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyası keçirilib.
İdman.Biz xəbər verir ki, assambleya çərçivəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub.
MOK-un vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci il İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü olub.
