Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
16 Yanvar 2024 17:20
149
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, yanvarın 15-21-də müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 3x3 basketbol üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon kuboku – 15-17 yanvar, saat 10:00 (Abşeron rayonu, Masazır qəsəbəsi 4 nömrəli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar – 17 yanvar, saat 17:00 (“Təhsil” RİM Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİŞM);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş basketbol üzrə ümumtəhsil müəssisələri arasında Xızı rayon birinciliyi – 17-18 yanvar, saat 10:00 (Xızı rayonu, Giləzi qəsəbə tam orta məktəbi);
- “Sağlam həyat” layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 19 dekabr, saat 19:00 (Abşeron rayonu, Saray qəsəbəsi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin
- "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş həvəskarlar arasında stolüstü tennis üzrə rayon turniri - 17-19 yanvar, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon turniri - 18 yanvar, saat 15:00 (Qobustan rayonu, "Güləş" idman zalı);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat üzrə xatirə turniri - 18-19 yanvar, saat 15:00 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Şamaxı "Şirvan" Güləş Klubunun açıq birinciliyi - 19-20 yanvar, saat 10:00 (Şamaxı rayonu, "Şirvan" Güləş Klubu).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi (Gəncə şəhəri)
- 20 Yanvar faciəsinə həsr olunmuş "ECC First Road 3 MMA" - 15 yanvar, saat 10:00 (Gəncə Olimpiya İdman Kompleksi);
- 20 Yanvar faciəsinə həsr olunmuş şahmat yarışı - 15 yanvar, saat 10:00 (Gəncə 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- 20 Yanvar faciəsinə həsr olunmuş dama yarışı - 15 yanvar, saat 14:00 (Gəncə 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- 20 Yanvar faciəsinə həsr olunmuş badminton üzrə 1 saylı UGİŞM PHŞ-in daxili birinciliyi - 16 yanvar, saat 10:00 (Gəncə şəhər 39 nömrəli orta məktəb);
- 20 Yanvar faciəsinə həsr olunmuş atletika yarışı - 16 yanvar, saat 11:00 (Gəncə şəhər 17 nömrəli orta məktəb);
- 20 Yanvar faciəsinə həsr olunmuş minifutbol üzrə 2 saylı UGİŞM PHŞ-in daxili birinciliyi - 16 yanvar, saat 11:00 (Gəncə şəhər 18 nömrəli orta məktəb);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında dama üzrə Daşkəsən rayon birinciliyi - 17-18 yanvar, saat 14:00 (Daşkəsən rayon Mədəniyyət Mərkəzi);
- Yeniyetmələr arasında basketbol üzrə Göygöl rayon birinciliyi - 18 yanvar, saat 10:00 (Göygöl rayonu, 3 saylı məktəb);
- 20 Yanvar faciəsinə həsr olunmuş kikboksinq üzrə 2 saylı UGİŞM PHŞ-in açıq birinciliyi - 21 yanvar, saat 09:00 (Gəncə Olimpiya İdman Kompleksi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Sərbəst güləş hamı üçün" idman tədbiri - 17 yanvar, saat 15:00 (Qazax rayonu, Məhəmmədəli Qazaxlı adına güləş zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Basketbol hamı üçün" idman tədbiri - 18 yanvar, saat 11:00 (Tovuz rayonu, Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəb);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol üzrə Ağstafa UGİŞM-nin daxili birinciliyi - 17-18 yanvar, saat 12:30 (Ağstafa rayonu, Vurğun qəsəbə tam orta məktəbi);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş atletika üzrə idman tədbiri - 19 yanvar, saat 15:00 (Şəmkir Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol üzrə Xaçmaz rayon birinciliyinin zona mərhələsi və final oyunları - 17-18 yanvar, saat 10:30 (Xaçmaz rayonu, Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Boks hamı üçün" kütləvi idman oyunları - 17 yanvar, saat 15:00 (Şabran rayonu, 2 nömrəli tam orta məktəb-liseyi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində 2010-2011-ci il təvəllüdlü idmançılar arasında minifutbol üzrə nümunəvi çıxışlar - 17 yanvar, saat 15:00 (Qusar rayonu, “Metak” futbol meydançası);
- “Quba - İdman paytaxtı 2024” çərçivəsində və “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə həsr olunmuş sərbəst güləş üzrə Quba rayon açıq birinciliyi - 18-19 yanvar, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə həsr olunmuş 2011-2013-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Siyəzən rayon birinciliyi - 19 yanvar, saat 15:00 (Siyəzən şəhər stadionu);
- “Quba - İdman paytaxtı 2024” çərçivəsində kunq-fu üzrə şəhidlərimizin xatirəsinə həsr olunmuş açıq turnir – 21 yanvar, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş məktəbli oğlanlar arasında 3x3 basketbol üzrə Lənkəran rayon turniri - 18-19 yanvar, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Banklar və bank olmayan kredit təşkilatları arasında “Bankirlər” adı altında minifutbol çempionatının qrup oyunları - 18-21 yanvar, saat 18:00 (Lənkəran rayonu, Raypo minifutbol meydançası);
- "Sağlam həyatı bizimlə kəşf et" layihəsi çərçivəsində açıq idman tədbiri - 21 yanvar, saat 11:30 (Lənkəran rayonu, "Lənkəran" idman klubunun İdman zalı);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə məktəbli oğlan və qızlar arasında Astara rayon turniri - 17-18 yanvar, saat 10:00 (Astara rayon UGİŞM);
- “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində, məktəbli qızlar arasında voleybol üzrə “Həmrəylik kuboku” - 19 yanvar, saat 10:00 (Masallı rayonu, Mahmudavar kənd ümumi orta məktəbi);
- Kosiko-karate üzrə rayon turniri - 19 yanvar, saat 11:00 (Yardımlı rayon Kosiko-karate).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- UGİM-in futbol bölməsinin "İdman hamı üçün" layihəsi çərçivəsində nümunəvi çıxışları - 17 yanvar, saat 15:30 (Mingəçevir şəhəri, Yaşar Məmmədzadə adına stadion);
- Minifutbol üzrə yeniyetmə və gənclər arasında rayon turniri - 15-19 yanvar (Yevlax rayonu, H.Zərdabi küç., yerləşən parkın minifutbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq üzrə nümunəvi çıxışlar - 17 yanvar, saat 15:00 (Göyçay kikboksinq zalı);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş velosiped yarışı - 19 yanvar, saat 11:00 (Göyçay şəhər ərazisi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar - 17 yanvar, saat 15:00 (Ağdaş peşə məktəbi)
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 18 yanvar, saat 15:00 (Kürdəmir şəhər bələdiyyəsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 17 yanvar, saat 15:00 (Zərdab rayonu, Şahmat Dama klubu);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi - 19-26 yanvar (Ucar Şahmat məktəbi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə təlim məşqlər - 16 yanvar, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında Sabirabad rayon turniri - 17 yanvar, saat 15:00 (Sabirabad şəhəri Gənclər evi);
- Futbol üzrə nümunəvi çıxışlar - 19 yanvar, saat 15:00 (Saatlı rayonu, 4N tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə təlim məşqləri - 16 yanvar, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi);
- Karate-do üzrə nümunəvi çıxışlar - 18 yanvar, saat 16:00 (Beyləqan Olimpiya İdman Kompleksi).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- 20 Yanvar şəhidlərinin 34-cü il dönümü münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə xatirə turniri - 17-18 yanvar, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Yeniyetmə və gənclər arasında voleybol üzrə UGİM birinciliyi - 19 yanvar, saat 15:00 (Qax şəhər stadionu);
- Futbol üzrə oğlanlar arasında U-13, U-14 yaşlı idmançıların yoldaşlıq görüşləri - 20 yanvar, saat 10:00 (Zaqatala Olimpiya İdman Kompleksi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Şirvan şəhər açıq birinciliyi – 20-21 yanvar, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks üzrə Şirvan şəhər açıq birinciliyi – 20-21 yanvar, saat 11:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Şahmat üzrə yeniyetmə qız və oğlanlar arasında şəhər birinciliyi - 17-19 yanvar, saat 14:00 (Hacıqabul rayonu, 5 saylı tam orta məktəb);
- Şəhid Elçin İmanovun xatirəsinə həsr edilmiş stolüstü üzrə rayon birinciliyi - 17-18 yanvar, saat 15:00 (Salyan rayonu, 9 saylı tam orta məktəb);
- 20 Yanvar “Ümumxalq Hüzn Günü"nün 32-ci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi - 18-19 yanvar, saat 10:00 (Biləsuvar rayonu, incəsənət məktəbi).

İdman.biz

Məqalədə: