Rəsul Çunayev “Səhər idmanı” layihəsinə qoşulub - FOTO

20 İyun 2026 12:38
124
Rəsul Çunayev “Səhər idmanı” layihəsinə qoşulub - FOTO

Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” layihəsi çərçivəsində iyunun 20-də Dədə Qorqud parkında səhər məşqi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilir ki, peşəkar təlimçilərin rəhbərliyi ilə təşkil olunan məşqdə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev şəhər sakinləri ilə birlikdə idmanla məşğul olublar.

Qeyd edək ki, “Səhər idmanı” layihəsi çərçivəsində saat 7:00-da Dədə Qorqud parkı, Zabitlər parkı və Mərkəzi parkda peşəkar təlimçilərin iştirakı ilə səhər məşqləri təşkil olunur.

İdman.Biz