Goranboyda ailə mübahisəsinə müdaxilə edən fitnes məşqçisi ölüb - FOTO

2 Avqust 2026 14:49
123
Goranboyda ailə mübahisəsinə müdaxilə edən fitnes məşqçisi ölüb - FOTO

Goranboyda 33 yaşlı fitness müəllimi Elvin Aslanov ailə münaqişəsi zamanı bıçaq xəsarətindən həyatını itirib.

İdman.Biz gencexeber.az-a istinadən xəbər verir ki, hadisə Elvin Aslanovun valideynləri arasında yaranan mübahisəyə müdaxilə etməsi zamanı baş verib.

Mərhumun dayısı Ramiz Süleymanovun bildirdiyinə görə, hadisə ata ilə oğul arasında 1500 manat borc pul üstündə yaranan mübahisə zamanı baş verib.

Belə ki, Şahin Aslanov oğluna verdiyi borc pulu ala bilmədiyi üçün həyat yoldaşını döyüb. Bu zaman Elvin Aslanov valideynlərini ayırmağa çalışıb. Nəticədə atanın endirdiyi bıçaq zərbəsi Elvin Aslanovun ürək nahiyəsinə tuş gəlib.

Hadisəni törətməkdə şübhəli bilinən Şahin Aslanov polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Elvin Aslanov Goranboyda idman zalı işlədib və fitnes müəllimi kimi fəaliyyət göstərib.

İdman.Biz