2025/2026-cı tədris ili üzrə Azərbaycan İdman Akademiyasını bitirən məzunlara diplomlar elektron formatda təqdim olunacaq.
İdman.Biz xəbər verir ki, ilkin mərhələdə 1091 məzunun elektron diplomu artıq rəsmiləşdirilib.
Digər məzunların diplomları da mərhələli şəkildə elektron formada hazırlanaraq təqdim ediləcək.

Qeyd edək ki, məzunlar elektron diplomlarını avqust ayından etibarən “mygov” rəqəmsal hökumət platforması üzərindən yükləyə biləcəklər.
