“Şamaxı” futbol klubuna ağır itki üz verib.
İdman.Biz xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.
Gənc futbolçu bu gün Qax rayonunda baş vermiş yol qəzasında həyatını itirib.
Hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Seyidəli Babazadə “Niva”da olub.
