Fransanın ralli pilotu Artur Pelamurq dünya çempionatının Finlandiya mərhələsində ağır qəza keçirib.
İdman.Biz xəbər verir ki, hadisə yarışın 16,44 km uzunluğundakı 14-cü xüsusi mərhələsində baş verib.
Pelamurqun idarə etdiyi 32 nömrəli “Hyundai i20 N Rally2” avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən ağac aşıb, avtomobil isə bir neçə dəfə çevrilib.
Hadisədən sonra Artur Pelamurq və şturmanı Bastyen Puje təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Hər iki idmançının əlavə müayinədən keçirildiyi və ciddi xəsarət almadığı bildirilib.
