Azərbaycan səfiri Yaponiyada sumo millimizin məşqinə baxıb - FOTO

2 Avqust 2026 13:02
100
Azərbaycan səfiri Yaponiyada sumo millimizin məşqinə baxıb - FOTO

Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov Nihon Universitetində təlim-məşq toplanışını davam etdirən Azərbaycan sumo millisinin hazırlıq prosesini ziyarət edib.

İdman.Biz xəbər verir ki, diplomat məşq prosesi ilə yaxından tanış olub və milli komandanın üzvləri ilə görüşüb.

Fərid Talıbov idmançılara 17-18 oktyabrda Azərbaycanda keçiriləcək sumo üzrə dünya çempionatında uğurlar arzulayıb. Səfir yığmanın yarışda yüksək nəticələr qazanacağına inandığını bildirib.

İdman.Biz