Bakıda yeni idman zalı açıldı: mərasimdə tanınmış simalar iştirak etdilər - FOTO

12 Oktyabr 2026 17:33
112
Bakıda yeni idman zalı açıldı: mərasimdə tanınmış simalar iştirak etdilər - FOTO

Oktyabrın 12-də “Go Prime Crossfit” zalının açılışı mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri, Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, “Fayda” İş Adamları İcmasının sədri Sakit Səmədov, “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, zalın təsisçiləri Rəsul Çunayev və Eldəniz Əzizli çıxış ediblər.

Qeyd olunub ki, ümumi sahəsi 1200 kvadratmetr olan zalda məşq üçün müasir tələblərə uyğun şərait yaradılıb.

İdman.Biz