Kapoeyraçılarımız Tallində altı medal qazanıblar - FOTO

12 Oktyabr 2026 13:37
82
Kapoeyraçılarımız Tallində altı medal qazanıblar - FOTO

Azərbaycanın yeniyetmələrdən ibarət kapoeyra yığması Estoniyanın paytaxtı Tallində keçirilən “Tallinn Cup” beynəlxalq turnirində altı medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kapoeyra Federasiyası məlumat yayıb.

Bildirilib ki, bunlardan üçü qızıl, ikisi gümüş, biri bürünc mükafatdır.

Uşaq kateqoriyasında Adnan Cavadlı və Nizami Cavadlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmə qızlar arasında Amina Mirzəliyeva birinci olub, Yağmur İsmayılova gümüş medala sahib çıxıb. Kadet oğlanların mübarizəsində Məhəmməd Rüstəmli ikinci, Davud Əli isə üçüncü yeri tutub.

Üç gün davam edən yarışda 13 ölkənin idmançıları mübarizə aparıblar.

İdman.Biz