Türkiyə 2036-cı il Olimpiadasına ev sahibliyi uğrunda mübarizəyə qoşuldu

6 Oktyabr 2026 21:26
77
Türkiyə 2036-cı il Olimpiadasına ev sahibliyi uğrunda mübarizəyə qoşuldu

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün yeddi rəsmi namizədin siyahısını təsdiqləyib.

İdman.Biz xəbər verir ki, siyahıda Hindistan, Qətər, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Almaniya, Macarıstan və Türkiyə yer alıb.

Maraqlı tərəflər oktyabrın sonuna qədər rəsmi müraciət edərək dialoq prosesinə başlamalıdırlar. Bu proses 2029-cu ildə BOK üzvlərinin yekun səsverməsi ilə başa çatacaq.

İlkin mərhələdən sonra namizədlər virtual təqdimatlar keçirəcək və texniki-iqtisadi əsaslandırmalar təqdim edəcəklər. Daha sonra BOK-un İcraiyyə Komitəsi qısa siyahını müəyyənləşdirəcək.

İdman.Biz