Azər Əliyev və Anar Bağırov Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edirlər

9 Oktyabr 2026 14:38
111
Azər Əliyev və Anar Bağırov Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edirlər

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumunda iştirak edirlər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi məlumat yayıb.

Forumda ölkəmizi Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.

İdman.Biz