Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026” sərgisinin açılışında iştirak edib - FOTO

27 Noyabr 2026 12:26
48
Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026” sərgisinin açılışında iştirak edib - FOTO

Bu gün Bakı İdman Sarayında “ExpoSport Azerbaijan 2026” idman sərgisinin açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Nazir sərgi ilə tanış olub, burada təqdim olunan stendlərə baxış keçirib.

Sərgidə idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin, təşkilatların və brendlərin məhsul və xidmətləri nümayiş olunur. İştirakçılara müasir idman avadanlıqları, innovativ məhsullar və müxtəlif xidmətlər təqdim edilir.

Tədbir həmçinin idman sənayesinin nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından imkanlar yaradır.

Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” sərgisi bu gün və sabah - noyabrın 27-28-də Bakı İdman Sarayında keçiriləcək.

İdman.Biz