ABŞ-nin Yuta ştatında keçirilən “Red Cliff Roundup Rodeo” yarışında (atçılıq və maldarlıq bacarıqları üzrə yarış və şou proqram) qadınlar üçün qeyri-adi əyləncə müsabiqəsi təşkil olunub.
İdman.Biz xəbər verir ki, iştirakçı qadınların ayaqqabıları bir yerə toplanaraq qarışdırılıb. Sonra isə ayaqabılar stadiona səpələnib. Start işarəsindən sonra onlar öz ayaqqabılarını tapmaq üçün meydana qaçıblar.
Qaydalara əsasən, ayaqqabılarını taparaq geyinən və tapşırığı hamıdan tez başa vuran iştirakçı mükafat qazanıb. Yarış zamanı yaşanan qarışıqlıq tribunadakı tamaşaçıların əyləncəsinə səbəb olub.
