İkardiyə səkkiz milyonluq kirayə şoku: İş məhkəməyə çıxarıldı

19 İyun 2026 12:37
86
İkardiyə səkkiz milyonluq kirayə şoku: İş məhkəməyə çıxarıldı

Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Mauro İkardi meydandan kənar məsələ ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçu ilə Göktürkdəkı lüks villanın sahibi arasında kirayə mübahisəsi yaranıb.

Türkiyə mətbuatının məlumatına görə, İkardi ötən il kirayələdiyi villanı müqavilə müddəti başa çatmadan tərk edib. İddia olunur ki, villanın illik kirayə haqqı 504 min dollar (təxminən 857 min manat) olub.

Ev sahibi tərəf futbolçudan müqavilənin bitməsinə qalan dörd aylıq kirayə haqqını tələb edib. Bu məbləğin 168 min dollar, (təxminən 286 min manat) olduğu bildirilir.

Məlumata görə, tələb yerinə yetirilmədiyi üçün ev sahibi tərəfindən icraçıya müraciət edilib. İkardi isə buna etiraz edib.

İdman.Biz