Özbəkistanlı sumoçu özündən qat-qat ağır çəkili rəqibini məğlub etdi - VİDEO

7 Avqust 2026 14:02
112
Özbəkistanlı sumoçu özündən qat-qat ağır çəkili rəqibini məğlub etdi - VİDEO

ABŞ-nin Kaliforniya ştatında keçirilən 26-cı illik beynəlxalq “US Sumo Open” turnirində Özbəkistanı təmsil edən Mahmud İrmuhamedov diqqətçəkən çıxışı ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, “US Sumo Open” Yaponiyadan kənarda hər il keçirilən ən böyük və ən nüfuzlu beynəlxalq sumo turnirlərindən biri hesab olunur.

Sosial şəbəkələrdə geniş yayılan görüntülərdə İrmuhamedovun özündən xeyli ağır rəqibini məğlub etməsi böyük maraq doğurub.

Turnirin rəsmi nəticələrinə görə, o, kişilər arasında yüngül çəki dərəcəsində bürünc medal qazanıb.

İdman.Biz