“Biz əlaqələrin daha da inkişafında maraqlıyıq” – İranlı nazirin İDMAN.BİZ-Ə CAVABI

7 Avqust 2026 20:00
137
“Biz əlaqələrin daha da inkişafında maraqlıyıq” – İranlı nazirin İDMAN.BİZ-Ə CAVABI

“Biz bunu çox istəyirik. Biz buna can atmışıq. Qırğızıstanda da belə bir tədbirin bir neçə həftədən sonra keçiriləcək. Biz ora bütün ölkələri dəvət etmişik. Xərcləri də öz boynumuza götürmüşük”.

Bu sözləri Azərbaycanda səfərdə olan İranın idman və gənclər naziri Əhməd Dünya Mali İdman.Biz-in zorxana və pəhləvan güləşi üzrə müştərək Azərbaycan-İran yarışlarının keçirilməsi barədə sualına cavab verərkən deyib.

“Azərbaycan zorxanada İrandan sonra ən yaxşıdır. Pəhvəvan güləşində xüsusilə yaxşıdır. Azərbaycan güləşçiləri tez-tez dünya çempionları olurlar. Biz əlaqələrin daha da inkişafında maraqlıyıq. Beynəlxalq Zorxana İdman Federasiyası zorxana üzrə Azərbaycana kömək etməlidir”.

İslam Atakişiyev

İdman.Biz