Jurnalist Florensiya Penya atasının ölümü ilə bağlı xəbərə görə Argentina millisinin hücumçusu Lionel Messidən üzr istəyib.
İdman.Biz xəbər verir ki, Messinin ailəsi daha əvvəl bu məsələ ilə bağlı şayiələri pisləyərək Xorxe Messinin həqiqətən də səhhətində problemlər yaşadığını etiraf etmişdi.
“Messi ailəsinin yaşadıqlarını düşündüyüm bu dəhşətli anlarda onlardan üzr istəyirəm. Bu ağrıya səbəb olduğum üçün dərindən utanıram.
Aydınlaşdırmalıyam ki, verilişin heyəti tərəfindən təsdiqləndiyi iddia edilən bu yalan məlumat mənə canlı yayımda çatdırılıb və mən buna inanmışam. Buna baxmayaraq, bu səhvdəki roluma görə məsuliyyəti öz üzərimə götürürəm. Bir daha səmimi qəlbdən üzr istəyirəm; mən səhv etmişəm”, - deyə Penya sosial mediada yazıb.
