Beynəlxalq Skeytbor Federasiyası Rusiyaya olan məhdudiyyətləri aradan qaldırıb

8 Avqust 2026 13:31
91
Beynəlxalq Skeytbor Federasiyası Rusiyaya olan məhdudiyyətləri aradan qaldırıb

Beynəlxalq Skeytbor və Roller İdman növləri Federasiyası (World Skate) rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Skeytbor Federasiyası məlumat yayıb.

“Rusiya Federasiyasının nümayəndələrinə tətbiq olunan bütün məhdudiyyətlərin aradan qaldırılması və onların beynəlxalq yarışlarda dövlət bayrağı, himni və milli simvolları altında iştirakına icazə verilməsi.

İdmançıları, məşqçiləri, hakimləri, mütəxəssisləri və bu yolun bir hissəsi olan hər kəsi təbrik edirik. Qarşıda yeni beynəlxalq startlar və yeni qələbələr var!” – deyə federasiyanın açıqlamasında bildirilib.

Qeyd edək ki, skeytbor Yay Olimpiya Oyunlarının proqramına daxildir.

İdman.Biz