İdmançılarımız savat üzrə Avropa çempionatında iki medal qazanıblar - FOTO

29 Sentyabr 2026 13:46
85
İdmançılarımız savat üzrə Avropa çempionatında iki medal qazanıblar - FOTO

Bolqarıstanın Plovdiv şəhərində savat kombat üzrə Avropa çempionatı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan idmançıları yarışda iki medal qazanıblar.

Yasin İbrahimov (56 kq) gümüş, Məhəmməd Süleymanov (80 kq) isə bürünc mükafata sahib çıxıb.

İdman.Biz