Bakıda qol güləşi üzrə ilk Dünya Komanda Çempionatının açılışı olub - FOTO

28 Noyabr 2026 13:22
49
Bakıda qol güləşi üzrə ilk Dünya Komanda Çempionatının açılışı olub

Bakıda qol güləşi üzrə ilk Dünya Komanda Çempionatının açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, tədbir bu gün “Elektra Events Hall”da baş tutub.

Noyabrın 28-29-da keçirilən yarışda son illərdəki uğurlu çıxışlarına əsasən seçilmiş 12 komanda mübarizə aparır.

Çempionatın ilk günündə 1/8 final və dörddəbir final mərhələləri keçirilir. Yarımfinal və final görüşləri isə noyabrın 29-da baş tutacaq.

İdman.Biz