Əhməd Dünya Mali: “Bakı Avropa və bütün dünyanın idman mərkəzi statusu qoruyub saxlayır”

7 Avqust 2026 22:04
132
Əhməd Dünya Mali: “Bakı Avropa və bütün dünyanın idman mərkəzi statusu qoruyub saxlayır”

Azərbaycana səfər etmək və sizin ölkənin idman infrastrukturu ilə yaxından tanış olmaq imakanı əldə ediyimə görə çox məmnunam.

Bu sözləri Azərbaycanda səfərdə olan İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Mali jurnalistlərə açıqlamasında deyib.

İranlı nazir qeyd edib ki, Azərbaycan artıq idman ölkəsi kimi özünü bütün dünyada tanıdıb, Bakı və Azərbaycanın müxtəlif bölgələri beynəlxalq idman yarışlarına ev sahibliyi edib.

Əhməd Dünya Mali paytaxtımızın ilk Avropa Oyunlarına, həmçinin 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları kimi nəhəng idman yarışlarına uğurla ev sahibliyi etdiyini, eyni zamanda oktyabr ayında cüdo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcəyinə xüsusi vurğu edib.

“Bakı Avropa və bütün dünyanın idman mərkəzi statusu qoruyub saxlayır. Bu status bütün region və qonşu ölkə İran İslam Respublikası üçün də önəm daşıyır” – deyə qonaq qeyd edib.

Əhməd Dünya Mali Azərbaycana səfər çərçivəsində imzalanan Fəaliyyət Planı barədə danışıb:

“Azərbaycan və İran arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Bu, çox müsbət haldır. İki ölkə arasında idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsini və əlaqələrimizin sıxlaşdırılmasını vacib hesab edirəm”.

İdman.Biz