İranın idman və gənclər naziri Bakı Su İdmanı Sarayı ilə tanış olub - FOTO

7 Avqust 2026 20:15
87
İranın idman və gənclər naziri Bakı Su İdmanı Sarayı ilə tanış olub

Azərbaycanda səfərdə olan İranın idman və gənclər naziri Əhməd Dünya Mali Bakı Su İdmanı Sarayı ilə tanış olub.

İdman.Biz bildirir ki, səfər çərçivəsində iranlı nazirə idman qurğusunun fəaliyyəti, infrastruktur imkanları və burada təşkil olunan yarışlar barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, müasir tələblərə cavab verən kompleks müxtəlif su idman növləri üzrə beynəlxalq və yerli yarışların keçirilməsi üçün əlverişli şəraitə malikdir.

Qonağa həmçinin obyektin texniki göstəriciləri, eləcə də idmançıların hazırlığı üçün yaradılan imkanlar təqdim edilib.

İslam Atakişiyev

İdman.Biz