Avqustun 7-də gənclər və idman naziri Fərid Qayıbov Xocalı, Ağdərə rayonları və Xankəndi şəhər sakinlərini qəbul edib.
İdman.Biz xəbər verir ki, qəbuldan öncə Xankəndi Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Xankəndi Mədəniyyət Mərkəzində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Qəbuldan sonra nazir Fərid Qayıbov Xankəndi stadionunda aparılan son tamamlama işləri ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
