“Səhər idmanı” layihəsi çərçivəsində Bakıdakı Dədə Qorqud parkında səhər məşqi təşkil olunub.
İdman.Biz xəbər verir ki, məşq gimnastika üzrə peşəkar təlimçilərin rəhbərliyi altında keçirilib.
İştirakçılar açıq havada müxtəlif fiziki hərəkətlər yerinə yetirərək günə aktiv başlayıblar.
Qeyd edək ki, layihə çərçivəsində Dədə Qorqud parkı, Zabitlər parkı və Mərkəzi parkda peşəkar təlimçilərin iştirakı ilə mütəmadi səhər məşqləri keçiriləcək.
Məşqlər zamanı iştirakçılar gimnastika, yoqa və tayçi üzrə proqramlara qoşularaq sağlam həyat tərzinin təşviqinə dəstək verəcək, həmçinin fiziki aktivliklərini artırmaq imkanı əldə edəcəklər.
