Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

2 İyun 2026 17:28
68
Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

Azərbaycan bu il bilyard üzrə iki beynəlxalq turnirə ev sahibliyi edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyası məlumat yayıb.

Bildirilib ki, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa çempionatı Bakıda təşkil olunacaq.

Avropa Kuboku iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında keçiriləcək. Qitə çempionatı isə 8-12 iyulda baş tutacaq.

Qeyd edək ki, hər iki yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası və Avropa Piramida Federasiyasının dəstəyi ilə “Strike for Glory!” şüarı altında keçiriləcək.

İdman.Biz