İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman bayramı keçirilib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə bir sıra federasiyalar uşaqlar üçün şou-proqram təşkil ediblər. İdman qurumlarının nümayəndələri öz növlərini nümayiş etdirib, gənc idmançılar isə bacarıqlarını göstəriblər.
Tədbirdə xüsusilə Azərbaycan Güləş Federasiyası seçilib. Bayramda tanınmış sabiq idmançılar, məşqçilər və federasiyanın rəhbərliyi, o cümlədən Hacı Əliyev, Cəbrayıl Həsənov, Rövşən Bayramov, Taleh Məmmədov, Namiq Abdullayev və digər şəxslər iştirak ediblər.
Uşaqlar hətta məşhur idmançılarla güləşmək imkanı da əldə ediblər. Onlar bəzi tanınmış idmançıları, o cümlədən Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı olan Hacı Əliyevi kürəyi yerə vurmağa nail olublar.
Foto: İslam Atakişiyev
