Monzada startda böyük qəza - VİDEO

31 May 2026 23:48
92
Monzada startda böyük qəza - VİDEO

GT3 avtoidman seriyası olan “GT World Challenge Europe”un Monza mərhələsində yarışın ilk dövrəsində böyük qəza baş verib.

İdman.Biz xəbər verir ki, hadisə birinci döngədə qeydə alınıb. Bir neçə avtomobil eyni anda toqquşmaya düşüb və trasın həmin hissəsində xaotik vəziyyət yaranıb. Yarışın rəsmi sosial şəbəkə hesabında bütün pilotların vəziyyətinin yaxşı olduğu bildirilib.

“GPFans”ın məlumatına görə, qəzaya “Mercedes-AMG Team Verstappen Racing” komandasının üç nömrəli avtomobili də düşüb. Dani Hunkadella (Dani Juncadella) epizoddan sonra avtomobili davam etdirə bilsə də, maşının ön hissəsində zədə qeydə alınıb.

Qəzada “HRT Ford Racing”in 64 nömrəli avtomobili və danimarkalı pilot Niki Tim də iştirak edib. Tim hadisədən sonra yarışdan kənarda qalıb. Onun sözlərinə görə, startda sıxlıq yaranıb və pilotların qaçmağa yeri olmayıb.

İdman.Biz