Bakıda müxtəlif yaş qruplarından olan sakinlər sağlam həyat tərzinə maraq göstərərək gündəlik həyatlarında idmana yer ayırırlar.
İdman.Biz xəbər verir ki, paytaxtın parklarında və açıq məkanlarında idman edən insanların sayı artmaqda davam edir.
Fotoreportyorumuz şəhərin müxtəlif ərazilərində sağlam həyat tərzi keçirən sakinlərin görüntülərini lentə alıb. Kadrlarda yeniyetmələr, gənclər və orta yaşlı insanlar idman alətlərində məşq edir, velosiped sürür və fiziki aktivliklə məşğul olurlar.
Açıq havada idmanla məşğul olan sakinlər həm fiziki hazırlıqlarını artırır, həm də ruhi sağlamlıqlarını qorumağa çalışırlar. Bu mənzərə Bakıda idmana, aktiv həyata və sağlam gündəlik vərdişlərə marağın yüksəldiyini göstərir.
Fotoları təqdim edirik:
