Holand 25 yaşadək ilin ən çox qazanan idmançısıdır - Forbes

26 May 2026 20:33
153
Holand 25 yaşadək ilin ən çox qazanan idmançısıdır - Forbes

“Forbes” jurnalının məlumatına görə, “Mançester Siti”nin futbolçusu Erlinq Holand son 12 ayda dünyanın 25 yaşa qədər ən çox qazanan idmançısıdır.

İdman.Biz bildirir ki, bu müddət ərzində norveçli hücumçu 80 milyon dollar qazanıb. Bu məbləğə onun “Mançester Siti” ilə əmək müqaviləsi, reklamları və ictimaiyyət qarşısında çıxışları daxildir.

“Forbes”in 2026-cı ildə 25 yaşa qədər ən çox qazanan 6 idmançısı:

Erlinq Holand (futbol) - 80 milyon dollar
Entoni Edvards (basketbol) - 69 milyon dollar
Karlos Alkaras (tennis) - 61,5 milyon dollar
Vinisius Junior (futbol) - 60 milyon dollar
Keyd Kanninqem (basketbol) - 58,6 milyon dollar
Yannik Sinner (tennis) - 54,6 milyon dollar

İdman.Biz