Avstriyada yüngül mühərrikli təyyarə ilə paraplanın havada toqquşmasının görüntüləri yayılıb.
İdman.Biz xəbər verir ki, hadisə nəticəsində 44 yaşlı qadın möcüzə nəticəsində sağ qalaraq yerə təhlükəsiz enməyi bacarıb.
Məlumata görə, 44 yaşlı qadın Pinzqau vadisi üzərində, Şmittenhöe təpəsindən havaya qalxdıqdan sonra paraplan uçuşu həyata keçirib. Bu zaman “Cessna” tipli yüngül mühərrikli təyyarə onun paraplanına çırpılıb.
Toqquşma nəticəsində təyyarənin pəri paraplanın günbəz hissəsini demək olar ki, tamamilə parçalayıb. Son dərəcə təhlükəli vəziyyətə baxmayaraq, qadın ehtiyat paraşütündən istifadə edərək ölüm təhlükəsindən xilas ola bilib.
Hadisə zamanı qadın yüngül xəsarətlər alıb. Təyyarə isə uğurla Zell-am-Zee hava limanına eniş edib.
Qeyd edək ki, hadisə paraplançının sinəsinə quraşdırılmış kamera tərəfindən qeydə alınıb. Xilasedicilər qadının sağ qalmasını əsl möcüzə kimi qiymətləndiriblər.
