Avstraliyalı 19 yaşlı qaçışçı Sem Flanneri marafon məsafəsini avtomobil çəkərək başa vurub.
İdman.Biz xəbər verir ki, o, 42 kilometrlik məsafəni 1300 kiloqram çəkisi olan avtomobili arxasınca dartaraq qət edib və bu göstərici ilə tarixə düşüb.
Flanneri marafonu 7 saat 46 dəqiqə 42 saniyəyə tamamlayıb.
Gənc idmançı bu rekordunu yalnız idman nailiyyəti kimi yox, həm də sosial məqsəd üçün istifadə edib. O, gənclərin psixi sağlamlığı ilə bağlı kampaniya başladaraq “Sən tək deyilsən” şüarını irəli sürüb.
Aksiya nəticəsində bir gün ərzində xeyriyyə məqsədilə 7000 dollar(təxminən 12 min manat) ianə toplanıb.
