Rusiya basketbolçularının avtobusu qəzaya düşdü, ölən var - FOTO/VİDEO

22 May 2026 13:12
116
Rusiya basketbolçularının avtobusu qəzaya düşdü, ölən var - FOTO/VİDEO

Rusiyanın Perm vilayətini təmsil edən “Bionord Pro” basketbol komandasının üzvlərini daşıyan mikroavtobus Çelyabinsk vilayətində ağır yol qəzasına düşüb.

İdman.Biz xəbər verir ki, hadisə Ural federal avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, “Mercedes Benz” markalı mikroavtobus qarşı hərəkət zolağına çıxıb və “Qazel” yük-sərnişin avtomobili ilə toqquşub.

Qəza nəticəsində komandanı daşıyan mikroavtobusun sürücüsü hadisə yerində ölüb. Beş nəfərin xəsarət aldığı bildirilir. Onlardan üçü “Mercedes Benz”də olan Perm basketbol komandasının üzvləridir.

Perm vilayətinin qubernatoru Dmitri Maxonin bildirib ki, idmançılar 3x3 basketbol yarışından qayıdırdılar. Komandanı müşayiət edən şəxslərdən biri Zlatoust xəstəxanasında əməliyyat olunub. Digər oyunçulara əzik və yüngül xəsarətlərə görə tibbi yardım göstərilib.

İdman.Biz
Məqalədə: