“Richard Childress Racing” komandasında yarışan amerikalı NASCAR pilotu Kayl Buş 41 yaşında vəfat edib.
İdman.Biz bildirir ki, çempionatın mətbuat xidməti bu barədə məlumat verib.
“İkiqat çempion və idmanımızın ən böyük və ehtiraslı pilotlarından biri olan Kayl Buşun vəfatını dərin kədər və qırıq ürəklə elan edirik. Onun 41 yaşı var idi. Buş ailəsinə, “Richard Childress Racing” komandasına və bütün avtoidman ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk”, - təşkilatın mətbuat açıqlamasında deyilir.
Kayl Buş 2003-cü ildən NASCAR-da yarışırdı. Amerikalı pilot çempionatda 724 yarışda iştirak edib. Buş həmçinin ikiqat NASCAR Kuboku Seriyası çempionudur və 2015 və 2019-cu illərdə titul qazanıb.
