Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Dəniz Mall” qarşısında ikinci minifutbol meydançası istifadəyə verilib.
İdman.Biz xəbər verir ki, meydança AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, QOLAT Sport Service və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində qurulub.
AFFA-ya məxsus meydançanın ölçüsü 6x10 metrdir. Layihə çərçivəsində mayın 22-dək burada müxtəlif futbol fəaliyyətləri təşkil olunacaq.
Meydançada AFFA-nın sosial layihələrində iştirak edən uşaqlar saat 15:00-19:00 aralığında proqramlara qoşulacaqlar. Qonaqlar və futbolsevərlər də fəaliyyətlərdə iştirak edə biləcəklər. Əraziyə giriş sərbəstdir.
Xatırladaq ki, futbol üzrə U-20 Dünya Çempionatına hazırlıq prosesinin bir hissəsi kimi AFFA beynəlxalq tədbirdə xüsusi təqdimat zonası ilə də təmsil olunub.
