Emin Ağalarov “Sea Breeze”də stadion tikəcək?

18 May 2026 19:19
187
Emin Ağalarov “Sea Breeze”də stadion tikəcək?

Azərbaycanda yeni stadion tikiləcək.

İdman.Biz bu barədə sportinfo.az-a istinadən bildirir.

Məlumata görə, yeni stadion Mərdəkan qəsəbəsində inşa ediləcək.

Konkret yer olaraq “Sea Breeze” ərazisi seçilib. Artıq mayın 20-də futbol qurğusunun təməli atılacaq. Bura “Sea Breeze Arena” adlandırılacaq.

“Sea Breeze”in təsisçisi tanınmış iş adamı Emin Ağalarovdur.

“Sea Breeze” Bakı şəhərinin Nardaran qəsəbəsi ərazisində 500 hektar ərazini əhatə edən 25-dən çox layihəni, 50-dən çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini cəmləşdirən kurort məkanıdır.

İdman.Biz