Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.
İdman.Biz “Unikal”a istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlanıb.
Rza Rzayev Sumqayıt şəhər boks məktəbinin yetirməsidir və dəfələrlə boks üzrə respublika çempionu olub.
Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
