Peterhofda dəhşətli yanğın: 18 yarış atı tələf oldu

22 May 2026 12:29
117
Peterhofda dəhşətli yanğın: 18 yarış atı tələf oldu

Rusiyanın Peterhof şəhərində atçılıq idmanı üzrə təlim-məşq bazasında güclü yanğın baş verib.

İdman.Biz Rusiya mediasına istinadən xəbər verir ki, hadisə “Viera” atçılıq klubunda qeydə alınıb. Yanğın nəticəsində 18 atın tələf olduğu bildirilir.

Bazanın direktoru açıqlamasında yanğının səbəblərinin araşdırıldığını deyib. Onun sözlərinə görə, obyekt sahibinin yerli sakinlərlə hər hansı münaqişəsi olmayıb və bazaya qarşı yandırma hədəsi daxil olmayıb.

“Viera” atçılıq bazası 35 atın saxlanılması üçün nəzərdə tutulub. tələf olan heyvanların sayının artması istisna edilmir.

İdman.Biz