Minifutbol üzrə Azərbaycan milli komandasının yeni oyun formaları təqdim olunub.
İdman.Biz xəbər verir ki, yığmanın yenilənmiş forma dəstləri qarşıdakı Avropa çempionatı öncəsi ictimaiyyətə nümayiş etdirilib.
Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan millisi Avropa çempionatının final mərhələsində F qrupunda mübarizə aparacaq. Yığmamız qrupda Avstriya, İtaliya və Fransa ilə qarşılaşacaq.
Millimiz ilk oyununu 28 mayda Avstriyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Azərbaycan komandası 29 mayda saat 17:45-də İtaliya, 30 mayda isə saat 15:15-də Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi 27 may - 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.
