Xankəndi şəhər stadionu 8 Noyabr - Zəfər Günü münasibətilə xüsusi görkəm alıb.
İdman.Biz xəbər verir ki, stadionun fasadı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Arenanın üzərindəki elektron ekranda üçrəngli bayrağımız nümayiş etdirilir.
Stadionun bayram ərəfəsindəki görüntüləri videoya çəkilib. Qeyd edək ki, 1956-cı ildə inşa edilən və 15 min tamaşaçı tutumuna malik Xankəndi şəhər stadionu genişmiqyaslı yenidənqurmadan keçib. Rəsmi açılışdan sonra arenanın Azərbaycan Birinci Liqasında çıxış edən “Xankəndi” futbol klubunun, eləcə də MOİK-in ev stadionuna çevriləcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycanda hər il noyabrın 8-i 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi qələbənin şərəfinə Zəfər Günü kimi qeyd olunur.
