Bakıda dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar - FOTO

6 Noyabr 2026 18:44
39
Bakıda dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar

Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında 4x100 metrlik yanğın estafeti yarışları başa çatıb.

İdman.Biz xəbər verir ki, kişilər arasında 21-ci, qadınlar arasında 12-ci dəfə təşkil olunan çempionatın noyabrın 6-da keçirilən yarışlarında Belarus və Rusiya komandaları birinci yeri tutublar.

Kişilər arasında Belarus komandası birinci, Çin ikinci, Rusiya isə üçüncü yeri tutub.

Qadınların mübarizəsində Rusiya komandası birinci olub. Özbəkistan ikinci, Belarus isə üçüncü pillədə qərarlaşıb.

Qaliblərə və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.

İdman.Biz