AMADA dörd federasiyanın idmançıları üçün antidopinq seminarları keçirib - FOTO

5 Noyabr 2026 21:01
14
AMADA dörd federasiyanın idmançıları üçün antidopinq seminarları keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dörd idman federasiyasının təmsilçiləri üçün maarifləndirici seminarlar təşkil edib.

İdman.Biz xəbər verir ki, təlimlərə Azərbaycan Güləş Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Üzgüçülük Federasiyasının idmançıları cəlb olunublar.

Seminarlarda iştirakçılara qadağan edilmiş maddələrin siyahısı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və öhdəlikləri barədə məlumat verilib.

Həmçinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsində nəzərdə tutulan əsas dəyişikliklər izah olunub.

İnteraktiv formatda keçirilən təlimlərdə idmançıların sualları cavablandırılıb, antidopinq qaydalarının pozulması ilə bağlı risklər müzakirə edilib.

Seminarların məqsədi idmançıların antidopinq sahəsində biliklərini artırmaq, dopinqdən istifadənin qarşısını almaq və idmanda ədalətli rəqabət prinsiplərini təşviq etmək olub.

İdman.Biz