Gənclər və idman naziri Fərid Qayıbov Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İdman.Biz xəbər verir ki, nümayəndə heyəti yanğın-xilasetmə idmanı üzrə kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdədir.
Görüş zamanı dünya çempionatının Bakıda təşkilinin əhəmiyyəti, yanğın-xilasetmə idmanının inkişaf perspektivləri və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
