Fərid Qayıbov və Rəşad İsmayılovun iştirakı ilə Bakıda 1300 ağac əkilib - FOTO

5 Noyabr 2026 19:19
35
Fərid Qayıbov və Rəşad İsmayılovun iştirakı ilə Bakıda 1300 ağac əkilib

Bakının Müşfiqabad qəsəbəsində Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib.

İdman.Biz xəbər verir ki, noyabrın 5-də Gənclər və İdman Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 200-dən çox gənc iştirak edib.

Aksiyaya ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və gənclər və idman naziri Fərid Qayıbov da qatılıblar.

Tədbir çərçivəsində ümumilikdə 1300 ağac əkilib.

“Zəfər nəsli” aksiyasının əsas məqsədi Zəfər tariximizi gələcək nəsillərə çatdırmaq, gənclərdə ekoloji məsuliyyət hissini gücləndirmək və onları ətraf mühitin qorunmasında fəal iştiraka təşviq etmək olub.

Təşəbbüs həmçinin ərazinin yaşıllaşdırılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edib.

İdman.Biz