Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib - FOTO

26 May 2026 17:40
84
Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə fiziki imkanları məhdud uşaqlar üçün idman tədbiri keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirin məqsədi uşaqlarda idmana marağın artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və sağlam həyat tərzinin təşviqi olub. İştirakçılar padel idman növü ilə tanış olub, müxtəlif idman fəaliyyətlərində iştirak edərək yaddaqalan anlar yaşayıblar.

Tədbirə Azərbaycan Tennis Federasiyasının və digər qurumların nümayəndələri də qatılıblar.

Qeyd edək ki, yaxın vaxtlarda xüsusi olimpiya idmançıları üçün yeni idman layihələrinin həyata keçirilməsi və onların beynəlxalq yarışlara hazırlığı istiqamətində işlərin aparılması nəzərdə tutulur.

İdman.Biz