Braziliyada yeni trend: Gecə qaçış festivalları - VİDEO

29 May 2026 13:52
327
Braziliyada yeni trend: Gecə qaçış festivalları - VİDEO

Braziliyada qaçış idmanı ilə elektron musiqini birləşdirən “qaçış festivalları” sosial şəbəkələrin yeni trendinə çevrilib.

İdman.Biz xəbər verir ki, San-Pauluda “PACETRONIK” adı ilə keçirilən bu tədbirlərdə iştirakçılar gecə saatlarında qrup şəklində qaçır, DJ-lərin canlı ifası və elektron musiqi sədaları altında marşrut üzrə hərəkət edirlər.

Videolarda yüzlərlə insanın idman geyimində küçələrdə qaçdığı, eyni zamanda musiqi ritminə uyğun rəqs etdiyi görünür. Format adi qaçış məşqindən daha çox açıq hava festivalı və küçə əyləncəsini xatırladır.

Məlumata görə, trend son həftələrdə Braziliyada daha geniş yayılıb və sosial platformalarda milyonlarla baxış toplayıb.

İdman.Biz